Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

18 oktyabr 2017 | 16:00

                 Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə  Rayon İcra Hakimiyyətində  “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir.
         Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
         Yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri,  iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələrinin iştirak  etdiyi konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, ötən 26 il Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrüdür. Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız keçid dövrünün ağır sınaqlarından şərəflə çıxmış, yeritdiyi uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan dünya dövlətləri tərəfindən demokratik bir ölkə kimi tanınmağa başlamış, qısa müddətdə dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaradılmışdır. Bu gün Azərbaycanda tarix və müasirlik yanaşı addımlayır. Azərbaycanın dövlət müstəqilliyi yolunda Heydər Əliyev ənənələri möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün regionun ən qüdrətli dövləti, inkişaf sürətinə görə isə dünyanın qabaqcıl ölkələrindəndir.       
           Çıxış edənlər XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlar barədə danışmışlar.

 

Keçidlər