Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Aztəminatlı ailələr onlar üçün salınan fındıq bağlarından gəlir əldə edəcəklər

20 noyabr 2017 | 16:00

           Noyabrın 17-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Qaxda aztəminatlı ailələr üçün fındıq bağları salınıb.

Bu münasibətlə rayonunun Əmbərçay kəndi ərazisində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi bu layihənin ekoloji və iqtisadi əhəmiyyətindən danışdı.
Bildirilib ki, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi bu gün Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, bu layihə həm də iqtisadi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, ixrac potensialı yüksək sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə şimal-qərb bölgəsi rayonlarında irimiqyaslı tədbirlər həyata keçirilir. Yaxın illərdə Azərbaycanda fındıq bağlarının sahəsinin 2 dəfə artırılması nəzərdə tutulur. Bu istiqamətdə Qax rayonunda da məqsədyönlü iş aparılır. Son iki ildə rayon ərazisində 2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb.
Bildirilib ki, IDEA İctimai Birliyinin yeni təşəbbüsü ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən əlillərə, şəhid ailələrinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Layihə, eyni zamanda, gənclər arasında ekoloji təbliğatın daha da genişlənməsinə xidmət edir.
Fındıq bağının salınması üçün  Əmircan bələdiyyəsinin Əmbərçay kəndi ərazisindəki ehtiyat fondu torpağında iki hektar sahə ayrılıb. Aksiya zamanı 200 könüllü gəncin iştirakı ilə ərazidə 1248 fındıq tingi əkilib. Yeni salınan bağ dörd şəhid ailəsi və bir Qarabağ müharibəsi veteranı arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr fındıq bağına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

 

Keçidlər