Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Cənub bölgəsinin tarixi məkanları ilə tanışlıq rayon məktəblilərinin ürəyincə olacaq

17 noyabr 2017 | 16:00


Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində rayon məktəblilərindən ibarət qrup noyabrın 16-da səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıb.
Tur-aksiyada iştirak edəcək rayon məktəbliləri ilə noyabrın 15-də rayon İcra Hakimiyyətində görüş keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev dövlətimizin başçısının tövsiyəsi ilə reallaşan tur-aksiyaların əhəmiyyətindən danışıb, belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.
Görüşdə məktəblilərə qurucusu və memarı ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurlardan danışılmış, bu siyasətin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.
Noyabrın 16-da rayon rəhbərliyi, gərargah üzvləri və valideynlərin iştirakı ilə keçirilən yola salma mərasimi  tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunduqdan sonra başa çatdı
Məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək ölkənin cənub bölgəsinə yola düşüblər.

 

Keçidlər