Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Günərzi Qayğı Mərkəzi uşaqların hərtərəfli inkişafına yardım göstərir

04 dekabr 2017 | 16:00

           Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 1-də  şəhərimizdə fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində uşaqlar üçün tədbir təşkil edilişdir.
           Tədbir mərkəzdə tərbiyə alan uşaqların ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.
          Qax Günərzi Qayğı Mərkəzinin meneceri Səfiyə Süleymanova təlim-tərbiyə müəssisəsinin fəaliyyəti barədə məlumat verərək, bildirmişdir ki, “Günərzi Qayğı Mərkəzi” layihəsi Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində hazırda respublikamızın müxtəlif bölgələrində, o cümlədən Qaxda belə mərkəzlər fəaliyyət göstərir. Diqqətə çatdırmışdır ki, bu mərkəzlərdə risk qrupuna daxil olan, valideynləri işləyən, aztəminatlı ailələrin məktəbəqədər və məktəbyaşlı uşaqlarının ahəngdar inkişafını və tərbiyəsini təmin etmək üçün müxtəlif təlimlər həyata keçirilir.
          Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək, ölkəmizdə əhalinin aztəminatlı təbəqəsinə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyi olan insanlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, uşaqlara təhsildə müvəffəqiyyətlər arzulamışdır.
          Uşaqların hazırladığı konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, onlara həvəsləndirici mükafatlar təqdim olunmuşdur.

 

Keçidlər