Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Zəyəm kəndində yeni uşaq bağçası istifadəyə verilib

22 dekabr 2017 | 16:00

           Dekabr ayının  21-də rayonun Zəyəm kəndində 4 qruplu  70 yerlik uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak etmişlər.  
            Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açılış mərasimində çıxış edərək bildirmişdir ki, uşaq bağçasının təmirinə  2016-ci ilin sonlarında başlanılmış və qısa müddət ərzində uşaqların istifadəsinə verilmişdir. Həmçinin rayon rəhbəri son illər dövlətimizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır.  İstifadəyə verilmiş uşaq bağçası istilik sistemi, inventar, idman və musiqi alətləri ilə təmin olunmuşdur.
        Tədbirdə çıxış edənlər  belə dəyərli hədiyyəyə görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 
       Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olumuşlar.

Keçidlər