Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“20 Yanvar qan yaddaşımızdır”

22 yanvar 2018 | 16:00

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi səkkiz il keçir.Bu münasibətlə rayonda tədbirlər planı hazırlanmış, idarə müəssisə və təşkilatlarda xatirə gecələri, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.
Yanvarın 19-da Yeni Azərbaycan Partiyasının binasında 20 Yanvar faciəsinin 28-ci il dönümü münasibətilə elmi-praktik konfrans , yanvarın 20-də isə Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə gülqoyma mərasimi keçirilmişdir. “20 Yanvar qan yaddaşımızdır” mövzusunda keçirilən elmi - praktiki konfransı giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı  Musa Şəkiliyev qanlı Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə danışmış, bu qanlı qırğının xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsindən geniş söhbət açmışlar.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videolent nümayiş olunmuşdur.

Keçidlər