Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxlı gənclər Vətənin müdafiəsinə hər an hazırdırlar

13 fevral 2018 | 16:00

          Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu gün ordumuzun bir hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin gücləndirilməsi, onun sağlam, bilikli və vətənpərvər vətəndaşlarla komplektləşdirilməsi müstəqil Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.
         Bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 6-cı ildönümü münasibətilə fevralın 13-də rayonda keçirilən tədbirdə səsləndirilib.
        Rayon rəhbərliyi və Xidmətin Qax rayon bölməsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
       Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin reallaşdırdığı ordu quruculuğu siyasətinin tələb olunan səviyyədə icrasının təmin edilməsində SHXÇDX-nin böyük rolu var. Qaxda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlərdən danışan M.Şəkiliyev rayon gənclərinin Vətənin müdafiəsinə hər an hazır olduqlarını qeyd edib.
         Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin rəisi, polkovnik-leytenant Rövşən Ədilov çıxış edərək, Xidmətin yaranmasından ötən altı il ərzində səfərbərlik, gənclərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi və müasir texnologiyaların tətbiqi sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Xidmət ötən müddətdə ordu quruculuğunun təkmilləşdirilməsi prosesinə öz töhfələrini verib.
        Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımızın tezliklə mənfur düşməndən azad olunacağına əminliyini ifadə ediblər.
       Şəhid atası Molla Mollayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
       Xidmətdə fərqlənən hərbi qulluqçulara, həmçinin aprel döyüşlərinin iştirakçısı Ayaz Cumayevə fəxri fərman təqdim olunub.
       Tədbirin sonunda SHXÇDX-nin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Keçidlər