Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı faciəsi dinc əhaliyə qarşı törədilən soyqırımı cinayətlərinin ən dəhşətlisidir

27 fevral 2018 | 16:00

Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin ildönümü ilə əlaqədar fevralın 26-da Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları tərəfindən məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
Anım tədbirində RİH başçısı Musa Şəkiliyev çıxış edərək, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliamın bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. O, həmçinin çıxışında faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini minnətdarlıq hissi ilə xatırlamış,  Heydər Əliyev Fondununda bu istiqamətdəki fəaliyyətindən danışmış, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyətli addımları nəticəsində işğal altında olan torpaqlarımızın geri qaytarılacağını və cinayətkarların layiqli cəzalarını alacaqlarını vurğulamışdır.
Məruzə və çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilmiş, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi xüsusi qeyd edilmişdir.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən film nümayiş olunmuşdur.

Keçidlər