Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiya hökumətinin dəstəyi ilə Qaxın Qıpçaq kəndində yeni uşaq bağçası tikiləcək

01 mart 2018 | 16:00

Fevralın 28-də Heydər Əliyev Mərkəzində rayonunun Qıpçaq kəndində uşaq bağçasının tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Keisuke Yamanaka iştirak etmişdir.
Mərasimdən əvvəl yaponiyalı diplomat Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
İmzalanma mərasimində RİH başçısı Musa Şəkiliyev çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini, ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində rayonda məktəb tikintisi, tibb və ekologiya sahələrini əhatə edən 6 layihənin reallaşdığını  və yeni imzalanacaq layihənin sayca yeddincidi olduğunu bildirmişdir. İki ölkə arasındakı  bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Səfirliyin müşaviri Keisuke Yamanaka Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirmişdir. O qeyd etmişdir ki, yeni imzalanacaq layihənin icrası nəticəsində uşaqların məktəbəqədər təhsil şəraiti yaxşılaşacaq, valideynlərin məşğulluğunun təmin olunmasına şərait yaranacaqdır.
Sonra səfirliyin müşaviri Keisuke Yamanaka və “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin sədri Əlirza Məhərrəmov layihə üzrə qrant müqaviləsi imzalamışlar.

Keçidlər