Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Formula 1 simulyator yarışlarının Qax mərhələsinin qalibi məlum olub

12 mart 2018 | 16:00

     Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatının regionlar üzrə təlim və yarışları uğurla davam edir. Çempionatın keçirildiyi növbəti ünvan Qax şəhəri olub.
       Martın 6-da Qax şəhərində ictimaiyyətə açıq Formula 1 simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfər IX-XI sinif şagirdi üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub. Azərbaycan Avtomobil Federasiyası tərəfindən keçirilən “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimin əvvəlində mövzu ilə bağlı videoçarx göstərilib. Azərbaycan Texniki Universitetinin müəllimi, Avtomobil Federasiyasının təlimçisi Sahib Əsgərov məktəblilərə yol hərəkətinin təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri məsələlər barədə ətraflı məlumat verib. Təlimin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.
       Təlimdə iştirak edən məktəblilər martın 7-də Formula 1 simulyator yarışlarına qatılıblar.
Qax şəhərindəki tam orta məktəblərin 200 nəfərə yaxın yuxarı sinif şagirdinin mübarizə apardığı yarışda şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:043) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib. Qeyd edək ki, bu göstərici regionlar üzrə hələlik ən yaxşı nəticə hesab olunur. Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan  Aqşin Əhmədova sertifikat təqdim edilib.

Keçidlər