Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

8 Mart bayramı qeyd olundu

13 mart 2018 | 16:00

      8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 7-də rayonumuzda tədbir keçirilmişdir.
          Hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə El-Resort kompleksində keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  qadınları bayram münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi göstərmiş, cəmiyyətin bütün sferalarında fəallıq nümaiş etdirməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi hisslərini qoruyub saxlamışlar. İcra başçısı onu da xüsusi vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verilmişdir. Ümummilli liderin bu siyasəti möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
           Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
          Daha sonra tədbir rayonun incəsənət xadimləri və bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etmişdir
        `Sonda  rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup qadına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər