Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Baharın gəlişi Qaxda böyük coşqu ilə qeyd olunub

30 mart 2018 | 16:00

Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu, yaddaşımızı, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı Qaxda böyük coşqu ilə qeyd olunub.
         Baharın gəlişi münasibətilə martın 19-da Qax şəhərindəki Sahil parkında ümumrayon şənliyi keçirilib.
        Tədbirin keçirildiyi park gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilmişdi. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsindən xəbər verirdi.
        Dədə Qorqudun Novruz təbrikindən sonra meydanın mərkəzində bayram tonqalı alovlandırılıb.
       Rayon rəhbərliyi və qonaqlar ayrı-ayrı əmək kollektivlərinin, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkil etdikləri yaşıl səmənilərlə, xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
       Tədbirdə bildirilib ki, hər il beynəlxalq səviyyədə qeyd olunan bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir. Çıxış edənlər ölkəmizə əmin-amanlıq, xalqımıza bahar təravətli günlər, süfrələrə ruzi-bərəkət arzulayıblar.
       Bayram şənliyində rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, idmançılar, kəndirbaz və pəhləvanlar öz məharətlərini göstəriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.

 

Keçidlər