Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırım

05 aprel 2018 | 16:00

  31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar rayonumuzda  anım tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid həmyerlilərimizin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini    ehtiramla  yad  etmişlər.

         Daha sonra YAP-ın inzibati binasında soyqırım qurbanlarına həsr olunmuş tədbir keçirilmişdir. Toplantını giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ermənilərin  xalqımıza qarşı əsrlər boyu davam edən soyqırım siyasətinin mahiyyətindən və tarixindən geniş bəhs etmişdir. Bildirmişdir ki, erməni millətçilərinin həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin yüz ildən artıq tarixi vardır. Bu məkrli siyasətin məqsədi azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu əraziləri mənimsəməkdir.
  RİH başçısı azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırlatmış, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı  iş  aparıldığını diqqətə çatdırmışdır.
           Məruzə və çıxışlarda  soyqırımı hadisələrinin XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanmışdır.
          Tədbirin sonunda soyqırımın dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər