Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Akademik Zərifə Əliyevanın oftalmologiya elmindəki xidmətləri heç vaxt unudulmayacaq

26 aprel 2018 | 16:00

          Aprelin 25-də rayonumuzda  görkəmli alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir YAP-ın inzibati binasında mövzuya aid  sərgiyə baxış keçirildikdən sonra akt zalında davam etmişdir.
         Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Vəfa Heydərova görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın zəngin və şərəfli ömür yolundan söhbət açmışdır. O, qeyd etmişdir ki, görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor  Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım ulu öndər Heydər Əliyevin həyatında və siyasi fəaliyyətində ona mənəvi dayaq və arxa olmuşdur. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanımın elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, dəyərli elmi-tədqiqat işləri yazmışdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. 
         Çıxış edənlər görkəmli alimin mənalı həyat yolundan və tibb sahəsindəki  fəaliyyətindən söz açmış, Zərifə xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim olduğunu diqqətə çatdırmışlar.  Sonda alimin şərəfli həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Keçidlər