Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Böyük Vətən müharibəsi veteranına maddi yardım göstərilib

14 may 2018 | 16:00

9 May-Faşizm üzərində Qələbənin 73-ci ildönümü  münasibəti ilə rayon rəhbərliyi əvvəlcə Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidənin və həmyerlimiz Sovet İttifaqı qəhrəmanı Məmmədəli Məmmədovun büstünün önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişdir.  Daha sonra  şəhərdə yaşayan  müharibə veteranını öz evində ziyarət edərək onun qayğı və problemləri ilə maraqlanmış,  maddi yardım göstərmişdir.  Görüşdə RİH başçısı  Musa Şəkiliyev Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətlərindən söhbət açmış və onların qəhrəmanlıqlarının heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırmışdır.
          Müharibə veteranı  onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər