Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxın kitabxana fondlarında 300 mindən çox kitab var

21 may 2018 | 16:00

          Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə mayın 18-də şəhərimizdə “Kainatın sirrini kitablar açar” adlı kitab bayramı keçirilmişdir
         Tədbir iştirakçıları əvvəlcə bayramın keçirildiyi ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil edilən kitab sərgiləri ilə tanış olmuşlar.  Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı Ulu Öndərə, Xalq Cümhuriyyətinə, Azərbaycan tarixi və mədəniyyətinə aid, həmçinin “Yaddan çıxmaz Qarabağ”, “Azərbaycan ordusu-100”, “Vətənpərvər ədəbiyyat”, “Təbiəti qoruyaq” və digər mövzularda kitab sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
          Rayon MKS-nin direktoru Güllü Əhmədova çıxış edərək, mədəniyyətimizin hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır. Diqqətə çatdırılımışdır ki, 33 kitabxana filialını özündə birləşdirən  rayon MKS-nin fondlarında hazırda 315 mindən çox kitab var. Fondda olan latın qrafikalı kitabların hamısı elektron kataloqun yaddaşına köçürülmüşdür.   
         Bayram tədbirində məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər ifa edilmiş, Günərzi Qayğı Mərkəzinin, İncəsənət Məktəbinin, uşaq bağçalarının kollektivləri hazırladıqları ədəbi-bədii kompozisiya və rəqsləri ilə hamıya xoş ovqat bəxş etmişlər.
         Sonda kitabxananın fəal oxucularına və qabaqcıl kitabxana işçilərinə fəxri fərmanlar təqdim olunmuşdur.
    

 

Keçidlər