Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Vətəni göz bəbəyi kimi qorumaq müqəddəs və məsuliyyətli vəzifədir

22 iyun 2018 | 16:00

          Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və onun yerli şöbələrinin gündəlik fəaliyyətində əsas yer tutur.
         Xidmətin fəaliyyət planına əsasən, iyunun 13-də Qax Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
         Mədəniyyət Mərkəzində reallaşan tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, qurumun Qax rayon bölməsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları və gənclər iştirak ediblər.
        Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
         Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, doğma Vətəni göz bəbəyi kimi qorumaq müqəddəs və məsuliyyətli vəzifədir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən qaxlılar Vətənimizin müdafiəsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə hər an hazırdırlar.
         Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov çıxışında vətənpərvərlik hissinin yüksəldilməsi üçün Xidmət tərəfindən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkənin bütün regionlarını əhatə edən bu tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsi və səfərbərliyə hazırlığı, çağırışçılarda vətənpərvərlik hissinin yüksəldilməsi məqsədi daşıyır.
        Tədbirdə çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə fərqlənən şagirdlər mükafatlandırılıblar.
         Sonda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Qax rayonu məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Keçidlər