Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dini radikalizmlə mübarizədə ən səmərəli yollardan biri maarifləndirmədir

30 iyul 2018 | 16:00

            Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 23-də rayonda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirədə keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edən tədbirdə rayon üzrə qeydiyyatdan keçmiş dini icmaların üzvləri, din xadimləri, ağsaqqal və fəal gənclər, müvafiq yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək rayondakı mövcud dini durum və dini icmaların fəaliyyəti barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, rayonumuz Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Hazırda rayonda 28 məscid mövcuddur və onlardan 16-sı fəaliyyət göstərir. Rayon ərazisində DQİDK tərəfindən qeydiyyatdan keçmiş 11 Azərbaycan və 2 gürcü dini icması var.
Ölkəmizdə hər kəsin etiqad azadlığının tam təmin olunduğunu, bütün dinlərə məxsus abidələrin təmir və bərpa edildiyini, yenilərinin tikildiyini vurğulayan Musa Şəkiliyev bildirmişdir ki, Dövlət Komitəsinin keçirdiyi bu cür tədbirlər cəmiyyətdə dini bilgilərin artırılması və dini radikalizmlə mübarizə metodlarının təhlili baxımından çox əhəmiyyətlidir. Ancaq, əfsuslar olsun ki, son vaxtlar yeni qeyri-ənənəvi, radikal dini cərəyanlar peyda olub. Bu cərəyanların təsiri altına düşən vətəndaşların başqa ölkələrdə din adı altında müharibələrdə iştirak etməsi faktı var və bu, hamını narahat edir. Sevindirici hal odur ki, son illər belə hallar müşahidə edilmir və bunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə işlərinin böyük rolu var.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərindən danışmışdır. O, qeyd etmişdir ki, Ulu Öndər milli mənəvi dəyərlərimizə hər zaman həssaslıqla yanaşır və gələcək nəsillərin məhz bu dəyərlər əsasında, vətənpərvərlik ruhunda yetişdirilməsinə çalışmışdır. Bu gün dahi rəhbərin ideyaları Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğunlaşdırılmaqla həyata keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Qax bölgəsi üzrə qazısı Novruz Sadıqov çıxışında dövlətin müvafiq strukturlarının, həmçinin dindarların apardıqları məqsədyönlü iş nəticəsində son illər rayonda radikal qruplaşmalara qoşulanların sayının kəskin azaldığını, radikal düşüncəli insanların bölgədəki fəaliyyətlərinin son dərəcə zəiflədiyini diqqətə çatdırmışdır.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.


 

Keçidlər