Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiya hökumətinin layihəsi çərçivəsində rayonumuzun Cəlayir kəndinə təcili tibbi yardım maşını verilib

28 sentyabr 2018 | 16:00

        Yaponiya hökumətinin həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Azərbaycanda ilk dəfə olaraq rayonumuzun Cəlayir kəndindəki tibb məntəqəsinə ikinci əl təcili tibbi yardım maşını təqdim olunub. Bu münasibətlə sentyabrın 25-də  Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, rayon rəhbərliyi və kənd sakinlərinin iştirakı ilə mərasim keçirilmişdir.
        Mərasimdə RİH başçısı Musa Şəkiliyev çıxış edərək, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində rayonda icra olunan layihələr barədə məlumat verərək bildirmişdir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 19 milyon 983 min ABŞ dolları olan 234 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Diqqətə çatdırmışdır ki, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2003-cü ildən uğurla davam edir. Ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində rayonda məktəb tikintisi, tibb və ekologiya sahələrini əhatə edən 9 layihə üzrə müqavilə imzalanmışdır. Bu layihələrdən 8-nin icrası artıq başa çatıb. Qıpçaq kəndində uşaq bağçasının tikintisi layihəsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir.
          Səfir Teruyiki Katori Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin çox dərin köklərə malik olduğunu, hazırda hər iki ölkənin rəhbərlərinin səyi ilə bu əlaqələrin daha da möhkəmlənməsi üçün davamlı iş aparıldığını diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq, onlara göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
          Qax Rayon Mərkəzi Xəstəxananın baş həkimi Tərlan Əhmədzadə çıxış edərək rayonun tibb işçiləri adından səfirə minnətdarlığını bildirmişdir.
          Səfir Teruyuki Katori təcili tibbi yardım maşınının açarlarını rayon icra hakimiyyətinin başçısına təqdim etmişdir.
          Sonra tədbir iştirakçıları tibb məntəqəsində yaradılan şəraitlə tanış olmuş, təcili tibbi yardım maşınının imkanları ilə maraqlanmışlar.

 

Keçidlər