Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

18 Oktyabr - Milli Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir

22 oktyabr 2018 | 16:00

Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr ounmuş tədbir keçirilmişdir
     Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın banisi  ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
     YAP Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev dövlət müstəqilliyinin əldə edilməsindən ötən 27 ilin Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olduğunu bildirmişdir. O qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev xalqımızı müdrik siyasəti ilə keçid dövrünün ağır sınaqlarından şərəflə çıxarmışdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində isə Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, müstəqilliyimiz daha da möhkəmlənmişdir.
     Tədbirdə çıxış edənlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini xüsusi vurğulamış, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan artıq yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanındığını qeyd etmişdirlər.
     Tədbirin sonunda müstəqillik illərində Azərbaycanın qazandığı uğurlardan bəhs edən film nümayiş etdirilmişdir.

 

Keçidlər