Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2018-ci ilin doqquz ayının yekunları ilə bağlı hesabat iclası keçirilmişdir

23 oktyabr 2018 | 16:00

     Oktyabrın 19-da Rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüqüq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar iştirak etmişlər.
     RİH başçısı Musa Şəkiliyev ilin doqquz ayı  ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır. O qeyd etmişdir ki, hesabat dövründə rayonda kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq rayonda yeni yaradılan Aqroparkda hesabat dövründə infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilmişdir. RİH başçısı məruzəsində cari ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
    Məruzədə, həmçinin cari ilin doqquz ayında rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilmişdir. Hesabat dövründə İlisu kəndində üçulduzlu və 65 yerlik otellərin tikintisi başa çatdırılmış, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi, Qax şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. Tasmalı kəndində tam orta məktəb üçün yeni binanın tikintisinə, Fıstıqlı və Aşağı Malax kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılmışdır.
     Hesabatın yekununda ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı ölkə rəhbərinin proqram xarakterli nitqindən irəli gələn məsələlərin rayonda icrası istiqamətində işlərin ilin sonunadək uğurla davam edəcəyini bildirmişdir.

Keçidlər