Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak etmişlər

29 oktyabr 2018 | 16:00

          Oktyabrın 28-də Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak etmişlər.
       Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat   vermişdir. O qeyd etmişir ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilmişdir. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaqdır.
         Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılmış, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulmuş, yol-cizgi xətləri çəkilmişdir. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilmiş,həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilmişdir.
         Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verilmişdir. Ümumi uzunluğu 29,8 kilometr olan iki hərəkət zolaqlı yolun  ümumi eni 12 metrdir.
           Tikinti işləri zamanı Qum  çayı üzərində uzunluğu 23,2 metr və Süskənd çay üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər tikilmiş, Zərnə, Atağar, Muxax və Ləkit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa və bərkitmə işləri aparılmışdır.
         Qax-Zaqatala avtomobil yolu həmin rayonların 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək, Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısaldacaqdır.

 

Keçidlər