Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak etmişlər

29 oktyabr 2018 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident  Mehriban xanım Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin rayonda yenidən qurulan Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak etmişlər.
         Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verərək bildirmişdir ki,  Damazlıq  İpəkçilik  Stansiyasının əsası 1973-cü ildə qoyulmuş, maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdır. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Damazlıq İpəkçilik Stansiyasında bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə  stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilmişdir.
          Məlumat vermişdir ki, stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılmışdır. Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınmışdır. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına və yeni iş yerlərinin açılmasına şərait yaradır.
       Bununla yanaşı  dövlətimizin başçısına və birinci xanıma Stansiyada “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilmişdir.
      Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, qazanxana, müxtəlif təyinatlı su anbarları da inşa olunmuşdur.
        

 

Keçidlər