Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiya hökumətinin dəstəyi ilə Qıpçaq kəndində yeni uşaq bağçası tikilmişdir

10 noyabr 2018 | 16:00

       Noyabrın 7-də rayonunun Qıpçaq kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən uşaq bağçasının tikintisi layihəsinin icrası uğurla başa çatdılmışdır.
        Uşaq bağçasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və xanımı Noriko Katori, rayon rəhbərliyi, layihəni icra edən “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin üzvləri və kənd sakinləri iştirak etmişlər.
        Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini bildirmişdir. O qeyd etmişdir ki, ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində rayonunda məktəb tikintisi, tibb və ekologiya sahələrini əhatə edən 9 layihə reallaşmışdır. İcra hakimiyyətinin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
         Qax rayonuna növbəti səfərindən məmnunluğunu ifadə edən səfir Teruyuki Katori rayonun təbiətinə heyran qaldığını vurğulamışdır. O bildirmişdir ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Yeni istifadəyə verilən uşaq bağçası valideynlərin işini asanlaşdırmaqla yanaşı, məktəbəqədər təhsilin səviyyəsinin yaxşılaşdırılmasına da öz töhfəsini verəcəkdir.
      Uşaq bağçasının açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olmuşlar.

Keçidlər