Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət Bayrağı Günü qeyd olundu

11 noyabr 2018 | 16:00

          9 noyabr-Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir. Bu əlamətdar gün  münasibətilə rayonun təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər  keçirilmiş, inşa, rəsm, bədii qiraət mesabiqələri  təşkil olunmuşdur.
         Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
         Sonra yeniyetmə və gənclərin iştirakı ilə avtomobil və veloyürüşə start verilmişdir. Üçrəngli Azərbaycan bayrağı ilə bəzədilən avtomobillər və yüzdən artıq velosipedçi şəhərin küçələrindən keçərək yürüşü Bayraq Meydanı kompleksinin qarşısında başa çatdırmışlar.
       Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, qürur və mərdlik rəmzi olduğunu bildirərək vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Məhz  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunmuş, 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunmuşdur. Bu siyasət bugün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu  ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi, 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı meydanının açılması bunun bariz nümunəsidir.
       Çıxış edənlər bayraq günü münasibətilə rayon ictimaiyyətini təbrik etmiş, bayrağımızın işğal altındakı torpaqlarımızda dalğalanacağını əminliklə vurğulamışlar.
       Tədbir rəsmi hissədən sonra konsert proqramı ilə davam etmişdir.

Keçidlər