Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır

22 noyabr 2018 | 16:00

     Yaradılmasının 26-cı ildönümü qeyd olunan Yeni Azərbaycan Partiyası (YAP) milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynamış, xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilmişdir.
     Bu fikir Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibətilə YAP rayon təşkilatında keçirilən  yığıncaqda səsləndirilmişdir.
     Yığıncağı YAP rayon təşkilatının sədri Nizami Əhmədov açaraq yaranmasından 26 il ötən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, aparıcı siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırmışdır.
     Yığıncaqda partiyanın veteran üzvü Əbdürrəhman Aşurov, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova, təşkilatın Gənclər Birliyinin sədr müavini Elvin Həsilov çıxış edərək  ulu öndər Heydər Əliyevin partiya həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən, 26  ildə əldə etdiyi uğurlardan danışmışlar.
     Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışdır.
     Tədbirin sonunda təşkilatının fəal üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunmuş,  partiyanın fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Keçidlər