Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu Öndərin mənalı ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir

14 dekabr 2018 | 16:00

         Müasir tariximizi ümummilli lider Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, amalı, qayəsi olub. Bu böyük şəxsiyyətin keçdiyi mənalı ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər gələcək nəsillər üçün əsl örnəkdir.
           Bu fikirlər Ümummilli Liderin vəfatının on beşinci ildönümü ilə əlaqədar dekabrın 11-də Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində səsləndirilmişdir.
          Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Ulu Öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətçiliyin memarı, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas olmuş, bütün sahələrdə sürətli inkişafın təməli qoyulmuşdur. Və bu gün onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış , müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.
         Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “Xalqa bağışlanan ömür” mövzusunda məruzəsi dinlənilib.
         Çıxışlarda bildirilmişdir ki, Ulu Öndərin məqsədyönlü siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulmuş,  ictimai-siyasi sabitlik bərqərar olmuş, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmışdır.

Keçidlər