Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir

21 yanvar 2019 | 16:00

 

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi doqquz il ötür. Bu münasibətlə rayonda tədbirlər planı hazırlanmış, idarə müəssisə və təşkilatlarda xatirə gecələri,rəsm və inşsa-yazı müsabiqələri, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.
     Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də rayonda keçirilən ümumrayon tədbirinin iştirakçıları, rayon ictimayyətinin nümayəndələri, rayon sakinləri səhər saatlarından etibarən Şəhidlər xiyabanına gəlmiş, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.
     Təhsil Şöbəsinin konfrans zalında keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə foyedə məktəblilərin “Qanlı Yanvar” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Ziyalıların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələrin süquta uğramaqda olan sovet imperiyasının xalqımıza qarşı törətdiyi amansız cinayət olduğunu bildirmişdir. O qeyd etmişdir ki, bu hadisələr, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, müasir tariximizə qürur və şərəf mübarizəsi, qəhrəmanlıq salnaməsinin yazıldığı gün kimi daxil olmuşdur.Cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulamışdır.
     Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsindən geniş söhbət açmışlar.
     Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş Rayon mədəniyyət evinin hazırladığı Azadlığa gedən yolun 20 yanvar zirvəsi adlı kompozisiyası  nümayiş olunmuşdur.

Keçidlər