Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyevin təqaüdə yola salınması ilə bağlı tədbir keçirilib

13 fevral 2019 | 16:00

Fevralın 11-də Qax rayon təhsil şöbəsinin akt zalında təhsil şöbəsinin müdiri Məmməd Xasiyevin dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə təqaüdə yola salınması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Qax RİH-nin başçısı Musa Şəkiliyev, Təhsil Naziriliyinin İnsan Resursları şöbəsinin müdir müavini Murad Camalzadə, rayonun müxtəlif idarə və müəssisə rəhbərləri, məktəb direktorları, bağça müdirləri, müəllimlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİH-nin başçısı Musa Şəkiliyev açmışdır. O, Məmməd müəllimin faəliyyəti dövründə qazanılan uğurlardan bəhs etmiş, onun həyat yolunun rayonun təhsil ictimaiyyətinə nümunə olduğunu vurğulamışdır.  Daha sonra Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Murad Camalzadə çıxış edərək cənab nazirin salamını  Məmməd müəllimə və rayon ictimaiyyətinə çatdırmışdır. Cənab nazir Ceyhun Bayramov başda olmaqla Təhsil Nazirliyinin hər bir əməkdaşının Məmməd müəllimin işinə dəyər verməsi məhz onun öz fəaliyyəti ilə qazandığı hörmətin nəticəsi olduğunu bildirərək, Təhsil nazirliyinin Fəxri Fərmanını və hədiyyəsini Məmməd müəllimə təqdim etmişdir.
Daha sonra məktəb direktorları, idarə və müəssisə rəhbərləri, müəllimlər çıxış edərək Məmməd müəllim haqqında öz xoş təəssüratlarını bildirmiş, onu əsl təhsil fədaisi adlandırmışlar.

 

Keçidlər