Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gürcüstan Prezidenti Rayonda gürcü icması ilə görüşüb

04 mart 2019 | 16:00

       

  Fevralın 28-də rayona səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşmüşdür.

      Gürcüstanın dövlət başçısı ölkəmizə, o cümlədən rayona səfərinin zəngin təəssüratlarından danışmış, səfərinin çox uğurlu olduğunu bildirmişdir. Azərbaycan Prezidenti ilə görüşdə çox vacib məsələlərin müzakirə olunduğunu deyən Salome Zurabişvili səmimi qarşılandıqlarını məmnunluqla vurğulamışdır. O, səfərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına daha da təkan verəcəyini qeyd etmiş, Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş və dost ölkə olduğunu deyən Salome Zurabişvili bildirmişdir ki, birgə həyata keçirilən mühüm layihələr xalqlarımızın rifahına xidmət edir.
      “Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar öz milli kimliyini qoruyub saxlayıblar”, - deyən Salome Zurabişvili ölkəmizdə gürcü mədəniyyətinə göstərilən diqqəti də məmnunluqla vurğulamışdır.
      Səfər zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış oldu. Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Prezident Salome Zurabişviliyə “İçəribazar” tarix-mədəniyyət mərkəzi, burada fəaliyyət göstərən emalatxanalar və rayonunu iqtisadiyyatı barədə ətraflı məlumat vermişdir.
     Həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvili Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsinidə və Qaxingiloy kənd tam orta məktəbində olmuşdur.
     Görüşdən sonra ali qonağa “El Resort” otelində yaradılan müasir şərait barədə məlumat verilərək bildirilmişdir ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində dövlət səviyyəsində davamlı iş aparılmış, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilmişdir. 2011-ci ildə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.

     Fevralın 28-də Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatmlşdır.

 

 

 

 

 

 

Keçidlər