Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ləkit kəndininin sakinləri ilə görüş keçirilib

05 mart 2019 | 16:00

         1 mart 2019-cu il tarixdə rayonun Ləkit kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
          Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur.   Müraciətlərdə həyətyanı torpaq sahəsindən keçən elektrik xəttinin yerinin dəyişdirilməsi, kənddəki mövcud içməli su mənbəyindən kəndin  yeni yaşayış massivinə su xəttinin çəkilməsi, kənd uşaq bağçasının təmir olunması, kəndə qaz xəttinin çəkilişinin tezləşdirilməsi, kənddə bir neçə həyətyanı sahədən keçən yüksəkgərginlikli elektrik xəttlərinin yerinin dəyişdirilməsi və vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi kimi məsələlər öz əksini tapmışdır.       
        Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

 

 

Keçidlər