Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq Qadınlar Günü qeyd olundu

11 mart 2019 | 16:00

 

Mart ayının 7-də  rayonun “El-Resort” kompleksində “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir  keçirilmişdir.
          Hüquq- mühafizə orqanlarının, idarə, müəssisə  və təşkilat rəhbərlərinin, ziyalıların,rayonun müxtəlif sahələrində çalışan qadınların və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  qadınları bayram münasibətilə təbrik etmişdir. O bildirmişdir ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi göstərmiş, cəmiyyətin bütün sferalarında fəallıq nümaiş etdirməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi hisslərini qoruyub saxlamışlar. İcra başçısı onu da xüsusi vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verilmişdir. Ümummilli liderin bu siyasəti möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
         Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz  töhfələrini verirlər.
         Daha sonra tədbir rayonun incəsənət xadimləri və bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert  proqramı  ilə  davam etmişdir.
        Sonda bayram tədbirində  rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə fərqlənən bir qrup qadına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər