Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qərb bölgəsinin tarixi məkanları ilə tanışlıq rayon məktəblilərinin ürəyincə olacaq

18 mart 2019 | 16:00

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax məktəbliləri martın 15-də səhər saatlarında Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Aqstafa marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıblar.
      Tur-aksiyada iştirak edən Qax məktəbliləri ilə bir gün əvvəl rayon icra hakimiyyətində keçirilən görüşdə tur-aksiyaların əhəmiyyətindən söhbət açılıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığı vurğulanıb.
     Martın 15-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyələrini veriblər    
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək ölkənin qərb bölgəsinə yola düşüblər.


 

Keçidlər