Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Erməni millətçilərinin törətdikləri faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxmışdır

29 mart 2019 | 16:00

       31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar martın 28-zi rayonumuzda  anım tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid həmyerlilərimizin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini    ehtiramla  yad  etmişlər.
      Daha sonra YAP-ın inzibati binasında soyqırım qurbanlarına həsr olunmuş tədbir keçirilmişdir. Toplantını giriş sözü ilə açan RİH başçısının birinci müavini Tahir İsmayılov ermənilərin  xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyətindən və tarixindən geniş bəhs etmişdir. Bildirmişdir ki, erməni millətçilərinin həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu məkrli siyasətin məqsədi azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu əraziləri mənimsəməkdir. T.İsmayılov Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırlatmış, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırmışdır.
       Məruzə və çıxışlarda ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri kütləvi qırğınlar konkret faktlarla diqqətə çatdırılmış, soyqırımı hadisələrinin XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanmışdır.

Keçidlər