Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Güllük kənd sakinləri ilə görüş keçirilib

03 aprel 2019 | 16:00

02 aprel 2019-cu il tarixdə rayonun Güllük kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
       Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur.
       Müraciətlər zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evlərlə bağlı məlumatın verilməsi və kəndə qaz xəttinin çəkilişinin tezləşdirilməsinə  köməklik  göstərilməsi ilə bağlı olmuşdur.
       Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər