Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda qərzəkli meyvə bitkilərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi keçirilmişdir.

29 aprel 2019 | 16:00

    Rayonda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında qərzəkli meyvə bitkilərinin mövcud vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilmişdir.
   Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 6 rayondan bu sahə ilə məşğul olan 240 fermer iştirak etmişdir.
   Tədbirdə bildirilimişdir ki, ölkə iqtisadiyyatında aqrar sahə xüsusi rola malikdir. Qərzəkli meyvə bitkilərinin inkişafı üçün mütərəqqi tədbirlər görülüb və bu tədbirlər davam etməkdədir.
   Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il aqrar sahənin inkişafı ilə bağlı fərman və sərəncamlar imzalayır. Azərbaycan dövləti fermerlərə əsaslı və geniş dəstək tədbirləri göstərir. Aqrar sahədə xüsusi rola malik meyvəçilik, xüsusilə qərzəkli meyvəçiliyin inkişafı mühüm əhəmiyyətə malikdir. 2018-ci ildə Azərbaycanda 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub ki, bu da ölkəmizin müstəqillik tarixində ən yüksək göstəricilərdəndir.          Bununla belə səmərəli istifadə yolu ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır”.
   Nazir ölkədə qərzəkli meyvə bitkilərinin inkişafı, hədəflər və perspektivlər barədə məlumat vermişdir.
   Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Azərbaycanda qərzəkli meyvə bitkilərinin inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, “Ata-Baba Fındıq İstehsal” kooperativinin sədri Azər Əliyev fındıqçılığın inkişafı ilə bağlı fikirlərini bölüşmüşlər.
   Müşavirədə gübrə, dərmanlarla təminat, qərzəkli meyvə bitkilərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınmışdır.
   Tədbirdə ölkədə qərzəkli meyvəçiliyin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulmuş, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınmışdır.

Keçidlər