Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu öndərin 96–cı ildönümü rayonumuzda qeyd olunub

11 may 2019 | 16:00

            Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  rayonumuzda silsilə tədbirlərlə qeyd olunmuşdur.
           Ümumrayon tədbirlər planına uyğun olaraq, müəssisə və təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında Ulu Öndərə həsr olunan xatirə tədbirləri, elmi-praktiki konfranslar keçirilmiş, rəsm, şeir və inşa müsabiqələri  təşkil olunmuşdur.         
Mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransla davam etmişdir. Konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən söz açmış, onun əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildirmişdir.
        Tədbirdə çıxış edənlər rəhbərin mənalı ömür yolundan, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən geniş bəhs etmişlər.
         Konfransın sonunda Ulu Öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

 

Keçidlər