Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilmişdir

01 iyun 2019 | 16:00

          1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynalxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş  və elə həmin konfransda  da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra həmin gün uşaqların müdafəsi günü kimi tarixə düşmüşdür .
          Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da təntənə ilə qeyd edilir. 1 İyun-Uşaqların  Beynalxalq Müdafiə günü ilə bağlı İçəri bazar Turizm kompleksində rayon İcra Hakimiyyətinin dəstəyi , Mədəniyyət Turizm şöbəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “ Uşaqlar bizim gələcəyimizdir”  adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa xanım Heydərova Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət uşaq siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən uğurlu siyasətdən danışmışdır. O, çıxışında həmçinin Heydər Əliyev  Fondunun da bu sahədə  həyata keçirdiyi uğurlu tədbirlərdən,   həmçinin ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin olunmasından, uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlə r əsasında kamil şəxsiyyət kimi yetişməsindən söz açmışdır.
        Daha sonra tədbir uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivlərinin   maraqlı konsert proqramı ile davam etmişdir.


        

Keçidlər