Ləkit-Kötüklü kəndininin sakinləri ilə görüş keçirilib
04 iyun 2019-cu il tarixdə rayonun Ləkit-Kötüklü kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur.
Müraciətlər kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və kənd yolunun təmirinin yarımçıq qalmış hissəsinin təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.