Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda keçirilən konfransda terrorçuluqla mübarizə sahəsində görülən işlərdən ətraflı bəhs olunub

13 iyun 2019 | 16:00

     Terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın üzləşdiyi əsas və daha təhlükəli problemlərdəndir. Onun qurbanı dövlətlər və insanlar ola bilər, bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə iyunun 11-də rayonda keçirilən elmi-praktik konfransda səsləndirilmişdir.
    Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun rəhbər işçiləri, gənclər və qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin, həmçinin ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
   Rayon icra hakimiyyətinin nümayəndələri və DTX-nin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
   Konfransda DTX-nin əməkdaşıları diqqətə çatdırmışdırlar ki, son illər ölkəmizdə yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da güclənməsi istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidir. Çünki düzgün və sistemli təbliğat işinin aparılmaması cəmiyyətdə ayrı-seçkiliyə və gənclərin yanlış istiqamətdə formalaşmasına gətirib çıxara bilər.
   Sonda Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarına minnətdarlığını bildirmişdir. O, hemçinin qeyd etmişdir ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların Vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət göstərirlər.

Keçidlər