Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır

12 iyul 2019 | 16:00

      İyulun 12-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci  ildönümü münasibətilə rayonumuzda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir YAP rayon təşkilatının inzibati binasında  davam etmişdir.
      Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin  iştirakı ilə  keçirilən tədbiri giriş sözü ilə açan  rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov bildirmişdir ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır.
     Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son illərdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat  səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
        Tədbirdə çıxış edənlər də  müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimiz qarşısında  tarixi  xidmətlərini bir daha yada salmış, onun ideya və arzularının artıq reallığa çevrildiyini, ölkəmizin iqtisadi qüdrətinin artdığını, beynəlxalq aləmdə nüfuzunun daha da  yüksəldiyini  böyük  iftixar  hissi  ilə qeyd etmişlər.
       Tədbirin sonunda Ulu Öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər