Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda keçirilən Respublika Şahmat Olimpiadasında 551 idmançı mübarizə aparır

13 iyul 2019 | 16:00

Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilmişdir. Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçı mübarizə aparır.
          İyulun 12-də şahmat olimpiadasının rəsmi açılış mərasimi keçirilmişdir.
          Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzülmüş, dahi rəhbərin xatirəsi ehtiramla yad edilmişdir.
         Olimpiadanın açılış mərasimində Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxışlarında ölkəmizdə şahmatın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.
          Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov şahmat olimpiadasının Qaxda keçirilməsinin heç də təsadüfi olmadığını, bu diyarın güclü şahmat ənənələri olduğunu, Qaxın Aynur Sofiyeva, Pərvanə İsmayılova, Xanım Balacayeva kimi tanınmış şahmatçılar yetişdirdiyini diqqətə çatdırmışdır.
          Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov şahmat olimpiadasının qaydaları barədə məlumat vermiş, bildirmişdir ki, olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır. Şahmatçılar A və B qrupları üzrə yarışırlar. A qrupunda 11-16 yaşlarında, B qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparırlar. A qrupunda 290, B qrupunda isə 261 şahmatçı yarışır.
          Bədii proqramdan sonra yarışlara start verilib.
Şahmat olimpiadası iyulun 21-dək davam edəcək. Olimpiadanın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom və medalları, Şahmat Federasiyasının pul mükafatları təqdim olunacaq.

Keçidlər