Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri rayonda vətəndaşlarla görüşüb

25 iyul 2019 | 16:00

     İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rayonda vətəndaşları qəbul etmişdir.
     Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri və Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmuş xatirəsini ehtiramla anmışlar.
     Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
     Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmışdır. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınmış və onların həlli üçün konkret tapşırıqlar verilmişdir.
     Vətəndaşlar sakinlərin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdirlər.
        Daha sonra  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 25-də Heydər Əliyev Mərkəzində  “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfrans keçirilmişdir.
          Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin rəhbər şəxslərinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərlərinin, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransda ölkəmizdə dini sahəyə, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, dini sabitliyin qorunub saxlanılması sahəsində görülməsi vacib olan məsələlərdən geniş bəhs olunmuşdur.
           Konfransın əvvəlində azərbaycançılıq ideologiyasına həsr olunan sənədli film nümayiş etdirilib.
           Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev konfransda çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verərək bildirmişdir ki,  rayonumuz Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Ölkənin hər yerində yaşanan dinamik inkişaf  rayonun simasında da aydın müşahidə olunur. Diqqətə çatdırmışdır ki, hazırda rayonda 11-i müsəlman, 2-si qeyri-müsəlman olmaqla, 13 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlər həyata keçirilir.
          Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərinin təşviqi, dini maarifçilik işinin aparılması, dini radikalizmlə mübarizə sahəsində görülən işlər barədə danışmışdır.
          Ölkəmizdəki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını deyən Komitə sədri dövlətimizin din siyasətinin əsas məqsədinin dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması olduğunu vurğulayıb. İnsanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu bildirən Mübariz Qurbanlı bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində bütün bölgələrdə kompleks tədbirlərin həyata keçirildiyini söyləmişdir.
           Konfransın sonunda Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Əsgərov çıxış edərək, regionlarda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasında xüsusi rola malik olduğunu bildirmişdir.

Keçidlər