Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Meşəbaş kəndininin sakinləri ilə görüş keçirilib

25 iyul 2019 | 16:00

     23 iyun 2019-cu il tarixdə rayonun Meşəbaş kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
    Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfində müraciətlər qəbul olmuşdur.  Müraciətlər kənddə  içməli su hövzəsinin çirklənməsinin qarşısının alınması üçün tədbir görülməsi, internetin sürətinin zəif olması, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, ara küçələrinin təmir olunması və kənddəki elektrik tranformatorunun yenisi ilə əvəz olunması  ilə bağlı problemin həll edilməsi ilə bağlı olmuşdur. 
     Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər