Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İcbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

07 avqust 2019 | 16:00

           Avqustun 6-da  rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda  maarifləndirici tədbir keçirilmişdir.
           Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olmuşdur.
          Baş tutan tədbirdə  rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəzir Nəsirov,  rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva və Elvin Abbasov çıxış etmişlər.
         Rayon icra hakimiyyətinin nümayəndəsi çıxışında bildirmişdir ki, maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının imzaladığı Fərmana əsasən həyata keçirilir. Qeyd etmişdir ki, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə gələn ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub.
         Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ölkə rəhbərliyi tərəfindən səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın pilot layihə çərçivəsində üç regionda uğurlu tətbiqi, sistemin üstünlükləri və s. barədə çıxış etmişdir.
        Agentliyin əməkdaşları iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat vermişlər. Bildirmişlər ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.
       Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılmış və iştirakçılara maarifləndirici buklet paylanılmışdır.

Keçidlər