Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Təhsil işçiləri peşə bayramlarını qeyd etdilər

07 oktyabr 2019 | 16:00

Təhsil işçiləri peşə bayramlarını
qeyd etdilər

Hər il olduğu kimi bu ildə respublikamızın hər yerində, o cümlədən rayonumuzda da 5 oktyabr- Beynəlxalq Müəllimlər gününə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
       Tədbir iştirakçıları əvvəlcə ümummili lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir. 
    Tədbiri giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, müqəddəs və şərəfli peşələrində uğurlar diləmişdir. O qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin o çıxışında, təhsilə göstərilən dövlət qayğısı nəticəsində rayonda yeni məktəb binalarının tikilməsi və əsaslı təmir olunmasından, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən iri miqyaslı layihələrin savadlı gənclərin irəli çəkilməsinə, təhsilin inkişafına təkan verməsindən söz açmışdır.
      Məruzədə və çıxışlarda qeyd edilmişdir ki, son illər müəllimlərdən 9 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 8 nəfər “Tərəqqi” medalı ilə, 17 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Bundan əlavə, 7 nəfər “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olmuşdur.  Sevindirici haldır ki, bu ildə Prezident İlham Əliyevin oktyabrın 3-də imzaladığı Sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə  şəhər 4 nömrəli  tam orta məktəbin kimya müəllimi Məryət Babayeva “Əməkdar müəllim” adına layiq görülmüş, şəhər 5 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Dilarə Abbasova “Tərəqqi” medali ilə  təltif olunmuşdur.
     Tədbirdə çıxış edənlər təhsilə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişlər.
     Sonda bir qrup təhsil işçisinə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər