Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli Konstitusiya günü qeyd olundu

12 noyabr 2019 | 16:00

         12 noyabr-Konstitusiya Günü  münasibəti ilə rayonumuzda tədbir keçirilmişdir.
         Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
     Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və  1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyanın milli dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirmişdir. O qeyd etmişdir ki, ümumbəşəri və demokratik dəyərlərə əsaslanan Konstitusiyamız müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açmışdır.  RİH başçısı bu əlamətdar tarixi gün münasibətilə respublikamızın hər yerində olduğu kimi,  rayonumuzda da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
         Tədbirdə çıxış edənlər milli Konstitusiyanın qəbulundan sonra Azərbaycanda dövlət quruculuğu sahəsində yeni mərhələnin başlandığını bildirimiş Konstitusiyanın qəbul edilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulanmışlar.

Keçidlər