Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

YAP rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər

23 noyabr 2019 | 16:00

            Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 27 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası (YAP) şərəfli bir yol keçmiş, milli ideyalara sadiqliyini daim sübuta yetirmişdir. İyirmi yeddi illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilmişdir.
            Bu fikir Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə noyabrın 21-də YAP rayon təşkilatında keçirilən yığıncaqda səsləndirilmişdir.
            Yığıncağı YAP rayon təşkilatının sədri Nizami Əhmədov açaraq, yaranmasından 27 il ötən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, avanqard siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırmışdır.
           Partiyanın rayon təşkilatının aparat rəhbəri Natiq Allahverdiyevin “Yeni Azərbaycan Partiyası – qüdrətli Azərbaycan naminə” mövzusunda məruzəsində YAP-ın yaranma tarixindən, ulu öndər Heydər Əliyevin partiya həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən, 27 ildə əldə etdiyi uğurlardan ətraflı bəhs edilmişdir. Bildirmişdir ki, zəngin və siyasi mübarizələrlə dolu şanlı tarixi olan Yeni Azərbaycan Partiyası 27 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynamış, silinməz izlər qoymuşdur. Ümummilli Liderin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə alan YAP ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir.
         Yığıncaqda çıxış edənlər bu gün öz sıralarında 740 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvə olduğunu bildirmişlər. Vurğulamışlar ki, Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyev hazırda partiyaya uğurla rəhbərlik edir.
          Yığıncağın sonunda partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər