Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İcbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

05 dekabr 2019 | 16:00

           Dekabrın 4-də  rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda  maarifləndirici tədbir keçirilmişdir.
           Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olmuşdur.
          Baş tutan tədbirdə  RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova,  rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə, Agentliyin əməkdaşı Elvin Abbasov çıxış etmişlər.
         RİH başçısının müavini Vəfa Heydərova ölkə rəhbərliyi tərəfindən səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın pilot layihə çərçivəsində bir neçə regionda uğurlu tətbiqi, sistemin üstünlükləri və s. barədə çıxış etmişdir.
         Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə çıxışında qeyd etmişdir ki, rayonda səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Kadr hazırlığının aparılması, səhiyyə müəssisələrində ən müasir tibbi avadanlıqların quraşdırılması, yeni texnologiyaların tətbiqi cərrahi əməliyyatların, eləcə də müayinə və müalicələrin aparılmasına imkan verir.       
        Agentliyin əməkdaşı iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat vermişdir. Bildirmişdir ki, xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Bura ilkin səhiyyə xidməti, təcili yardım xidməti, ambulator, stasionar, həyati vacib dəyəri yüksək xidmətlər daxildir və ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.
       Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşı tərəfindən cavablandırılmışdır.

Keçidlər