Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şotavar kəndininin sakinləri ilə görüş keçirilib

03 dekabr 2019 | 16:00

   03 dekabr 2019-cu il tarixdə rayonun  Şotavar kəndində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
         Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, təsərrüfatdaxili suvarma kanalının həyətyanı sahələrdən keçən hissəsinin təmizlənməsinə köməklik göstərilməsi, kənd məktəbinin təmir olunması, kəndin yeni yaşayış massivinin küçələrinin işıqlandırılması və təmir olunması ilə bağlı olmuşdur.
      Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

 

Keçidlər